Kuba ilə gimnastika üzrə memorandum imzalanıb - FOTO
04 May 2024
Oxunub:819
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kuba Gimnastika Federasiyasının vitse-prezidenti Yainet Villalta Pena imzalayıblar.
Bildirilib ki, əməkdaşlıq iki qurum arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.