Paytaxtda küləyin sürəti 25 metrə çatacaq

Paytaxtda küləyin sürəti 25 metrə çatacaq
  06 May 2024    Oxunub:588
Mayın 7-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, bəzi yerlərdə arabir 23-25 metrədək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, mayın 6-sı axşamdan 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Mayın 7-si axşam yağıntıda fasilə olacaq.

AzVision.az


Teqlər: Bakı   hava   külək  





Xəbər lenti