Fələstin Prezidenti: "Ümidvaram ki, tezliklə sülh də bağlanacaq"

  Fələstin Prezidenti: "Ümidvaram ki, tezliklə sülh də bağlanacaq"
  06 May 2024    Oxunub:701
Fələstin Prezidenti Mahmud Abbas HƏMAS təşkilatının Qəzza zolağında müharibədə atəşkəslə bağlı təklifə razılıq verməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, o öz təəssüratını ölkənin "Vəfa" dövlət xəbər agentliyinə bildirib.

"Qəzzada müharibənin ilk günündən bəri atəşkəs razılaşması əsas prioritet idi. Ümidvaram ki, bu razılaşmanın ardınca İsrail hökuməti müharibəni dayandırmaq və Qəzzadan çəkilmək öhdəliyini də yerinə yetirəcək", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fələstin   HƏMAS   İsrail   atəşkəs  





Xəbər lenti