Dövlət Duması Qərbi ittiham etdi

Dövlət Duması Qərbi ittiham etdi
  23 Yanvar 2014    Oxunub:1757
Dövlət Duması Qərb siyasətçilərinin də Kiyevdəki vəziyyətin gərginləşməsində məsuliyyət daşıdığını düşünür.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Dövlət Duması Ukraynadakı siyasi böhranla bağlı deputatların kollektiv bəyanatını dəstəkləyib.

Sənədin əsas tezisi Qərb siyasətçilərinə müraciətdir. Rus deputatlar qərbliləri Ukraynadakı siyasi hadisələrə qarışmamağa çağırırlar. Bundan əlavə, ötən gün insan tələfatı ilə nəticələnən toqquşmalarda yalnız ukraynalı siyasətçilərin deyil, mitinqlərdə çıxış edən avropalı siyasətçilərin də məsuliyyət daşıdığı qeyd olunur.

Bəyanat, Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinin təklifi ilə yanvarın 21-də parlamentin gündəliyinə salınmışdı.

Xatırladaq ki, Ukraynadakı siyasi konfliktin yenidən alovlanması yanvarın 16-da qəbul olunan və söz, sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran qanunların qəbul olunması olub. Yanvarın 19-dan başlayaraq Kiyevin mərkəzi Qruşevski küçəsində baş verən hadisələrdə artıq 5 nəfərin həlak olduğu təsdiqlənib. ABŞ və Avropa hadisələri pisləyən bəyanatlar səsləndiriblər. Artıq məlumdur ki, yanvarın 24-də Avropa kommisarı Ştefan Fule ölkədəki siyasi böhranın həlli üçün Ukraynaya gələcək. Hələlik isə Kiyevdə gərginlik davam edir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti