Ukraynada müxalifət qubernatoru istefaya göndərdi

Ukraynada müxalifət qubernatoru istefaya göndərdi
  23 Yanvar 2014    Oxunub:1007
Lvov dövlət şurasının deputatı Lyubomir Melniçuk (“Azadlıq” fraksiyası) Lvov vilayət administrasiyasının rəhbəri Oleq Salonun istefa verdiyini göstərən sənəd nümayiş etdirib.
AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Oleq Salonu istefaya administrasiya binasına daxil olan müxalifətçilər vadar edib.

“İnsanlar ona kağız və qələm verib və o istefa ərizəsi verib”,- deyə deputat Melniçuk hadisənin təfərrüatlarından danışarkən məlumat verib.
Melniçuk qeyd edib ki, o şəxsən bu ərizəni vilayət dəftərxanasında qeydiyyatdan keçirib. Bundan qabaq 2 min müxalifət tərəfdarının Lvovdakı hərbi hissələri və “Berkut” xüsusi təyinatlılarının bazasını mühasirəyə alması barədə məlumatlar daxil olub.

“Hərbi hissələrin blokadaya alınmasında 200 minik maşını və 2 minə qədər insanın iştirak edir. Onların arasında radikal əhval-ruhiyyəli gənclər də var”.

Xatırladaq ki, Ukraynadakı toqquşmalar Kiyevdə keçirilən xalq yığıncağından sonra daha da şiddətlənib. 100 minə qədər nümayişçinin iştirak etdiyi mitinqdə kütlə hökumət məhəllələrinə doğru irəliləməyə cəhd göstəriblər. Qərbi Ukraynanın bır sıra şəhərlərində 5 ötən gecəki toqquşmalarda həlak olan 5 nəfərin dəfn mərasimi keçirilib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti