İqtisadiyyatımız pandemiyadan əvvəlki vəziyyətə qayıdıb – TƏHLİL

 İqtisadiyyatımız pandemiyadan əvvəlki vəziyyətə qayıdıb –  TƏHLİL
  27 Noyabr 2021    Oxunub:2145
İlin başa çatmasına hələ bir aydan çox vaxt qalsa da, birmənalı demək mümkündür ki, ölkə iqtisadiyyatı pandemiyanın vurduğu ziyandan artıqlaması ilə çıxıb. 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 71,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, ilin sonuna bu rəqəmin 5 faizi aşacağı şübhə doğurmur.
Keçən ili isə 4,3 faiz enişlə başa vurmuşduq. Halbuki, 2019-cu ilin yekununa görə, 2,2 faiz artım qeydə alınmışdı. Ümumiyyətlə, keçən il hələ yaxşı qutardıq: pandemiya ilə əlaqədar ÜDM istehsalı həcmi 4,3 faizdən də çox enişlə yekunlaşa bilərdi. Lakin hökumətin vaxtında gördüyü tədbirlər və atdığı addımlar nəticəsində pandemiya şəraitinin həm daxildən, həm də xaricdən yaratdığı təzyiq və təsirlər müqavimətlə qarşılaşdı ki, nəticədə Azərbaycan kəskin maliyyə itkilərinə məruz qalmadığı üçün borc istəyən ölkələr sırasına düşmədi. 150-dən çox ölkə Dünya Bankından (DB) və Beynəlxalq Valyuta Fondundan (BVF) maliyyə yardımı istəsə də, Azərbaycan bu sıraya qoşulmadı. Və heç bir qurumdan və ölkədən kömək istəmədi. Ümumiyyətlə, ölkəmiz iqtisadiyyat çalışmadığı halda həm sosial sferada, həm də iqtisadi aspektdə müvazinətini qoruyub saxlaya bildi.

Düzdür, cari ildə vəziyyətin yaxşılaşacağı, yəni iqtisadiyyatın bərpa olunacağı gözlənilirdi. İlin hələ əvvəlində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg”ə müsahibəsində bildirmişdi ki, Azərbaycanı bu il COVID-19 səbəbindən iqtisadi geriləmədən və işğal altındakı ərazilərə nəzarəti bərpa etdikdən sonra artım gözləyir. Nazir əlavə etmişdi ki, bizim gözləntilər BVF ilə DB-nın irəli sürdüklərindən hətta daha nikbindir. DB 2021-ci ildə ölkəmizdə ÜDM istehsalı üzrə həcmdə 1,9 faiz, BVF isə 2 faiz artım proqnoz etdiyi halda, hökumət bu rəqəmin 3,4 faiz təşkil edəcəyini irəli sürürdü.

Bəs buna əsas yaradan nə idi?! Bu il ÜDM istehsalında artımın bərpa olunacağına birincisi ona görə ümid çox idi ki, vaksinasiya ilə əlaqədar pandemiyadan qurtulacağımız gözlənilirdi. Bu isə o demək idi ki, iqtisadiyyat öz relsinə qayıdacaq.
İkincisi, dünya iqtisadiyyatı üzrə də artımın bərpa olunacağı gözlənilirdi ki, Azərbaycan da qlobal iqtisadi sistemin bir parçası olduğundan bu, əlavə olaraq effekt göstərəcəkdi.
Üçüncüsü, ölkə iqtisadiyyatının pandemiya ilə əlaqədar böhrandan yuxarıda qeyd etdiyim kimi daha az itkilərlə çıxması faktı da böyük əhəmiyyət daşıdığından nəzərə alınmalıdır. Təkrar edirəm, pandemiya ilə bağlı keçən ilki böhran zamanı ölkəmiz iqtisadi müvazinətini itirmədi. Odur ki, bir var uçurumun dibindən qalxasan, bir də var ki, "qalxan" və "dəbilqənlə” qorunub movcud potensialını təkrar işə salasan.
Dördünsü isə, Azərbaycanda 2018-cı ilin ikinci yarısından etibarən başlanan və 2019-cu ildə geniş vüsət alan genişmiqyaslı islahatlar da öz sözünü deməli idi.


Müəllifin əvvəlki yazıları:

“Ehtiyac meyarı”na ehtiyac yoxdur – TƏHLİL
Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL
Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL

Əvvəlki şərh və təhlillərimdə yazmışdım ki, hökumət pandemiya şəraiti və bununla əlaqədar meydana çıxan qlobal iqtisadi təzyiqlərə ona görə sinə gələ bildi ki, bunda 2020-ci ilə qədər iqtisadiyyatda həyata keçirilən dəyişikliklər və islahatlar az əhəmiyyət daşımadı. Xüsusən də, 2018-ci ilin ikinci yarısından etibarən həyata keçirilən dəyişikliklər və islahatlar bu baxımdan mühüm rol oynadı. Odur ki, pandemiya şəraiti aradan qalxarsa bu özü də sözünü deyəcək, idarəetmədə və bütövlükdə iqtisadiyyatda keyfiyyət dəyişiklikləri postpandemiya dövründəki vəziyyətə daha tez bir şəkildə qayıtmağımıza yardım edəcək. Və misal da çəkmişdim ki, qeyri neft-qaz sektorunda məhsul istehsalı təkcə 2020-ci ildə 12,5 faiz artmış, büdcəyə bu sahədən gəlirlər xeyli genişlənib.

Və nəhayət, beşincisi isə, işğaldan azad olunmuş ərazilərimizdə keçən ilin axırında və əsasən də bu ilin əvvəlindən start götürən bərpa və yenidənqurma işləri də 2021-ci ildə iqtisadi artım üçün əsas rol oynamalı idi və oynadı da...

İqtisadiyyat naziri M. Cabbarovun da "işğal altındakı ərazilərə nəzarəti bərpa etdikdən sonra artım gözləyirik",- söyləməsi heç də təsadüfi deyildi. Ümumiyyətlə, 44 günlük müharibədən sonra yaranmış bir sıra reallıqlar, geri qaytarılan ərazilərdə bərpa, yenidənqurma işləri, yeni sərhədlər, nəqliyyat əlaqələri və sair ölkədə ÜDM-in böyüməsinə və məşğulluğa töhfə verməli idi. İşğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat (1,3 milyard dollar) vəsait ayrılmışdı ki, bu özü də artıma təkan verən əsas faktorlardan birinə çevrilməli idi və çevrildi də.


Sözün qısası, bütün sadalananlara əsasən Maliyyə naziri Samir Şərifov da qeyd etmişkən, iqtisadiyyatımız pandemiyaya qədərki vəziyyətə əslində gələn il çatmalı olduğu halda, buna artıq, nail olmuş sayılırıq. Bu, ölkə iqtisadiyyatının sağlam dayaqlar üzərində köhləndiyi göstəricisi olmaqla bərabər, valyuta bazarında sabitlik və qeyri-neft sektoru üzrə ölkədən ixracın yavaş templə də olsa ardıcıl artımı müvafiq tendensiyanın davam edəcəyini diqtə edir.

Yeri gəlmişkən, cari ilin sözügedən ötən 10 ayı ərzində iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 2,6 faiz təşkil etdiyi halda, qeyri neft-qaz sektorunda bu rəqəm 5,9 faizə bərabər olub. Ümumiyyətlə, bu ilin oktyabr ayını çıxmaq şərtilə ötən 9 ayında Azərbaycanda qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz artaraq, onun ÜDM-də çəkisi 6 faizdən 7,7 faizə çatıb ki, qeyri-neft sənayesi ixracında isə təqribən 60 faiz artım əldə olunub. Odur ki, ilin sonuna qədər qeyri-neft ixracımızın dəyəri 2,4 milyard ABŞ dollarından az təşkil olmayacaq.

Təkrar edirəm: hökumət bu il ərzində ÜDM istehsalı üzrə artımı 3,4 faiz proqnozlaşdırmışdı. 2021-ci ilin yanvar-oktyabr aylarının yekununa əsasən isə bu rəqəm artıq, 4,9 faiz təşkil edir. Lakin əsas bu deyil. Ən başlıcası, sözügedən göstəricini 2030-cu ilədək ikiqat artırmaq hədəfidir ki, hökumətin qarşısına qoyduğu bu hədəfə çatmaq üçün ildə orta hesabla 7 faiz artım tələb olunur. Təkcə neft-qaz sektorunun hesabına isə qeyd olunan hədəfə çatmaq mümkün deyil.

Gələn il, yəni 2022-ci il üçün ÜDM istehsalı üzrə artım 3,9 faiz nəzərdə tutulur. 2023-cü ildə bu rəqəm 5,1, 2024-cü ildə 4, 2025-ci ildə isə 3 faiz təşkil etməlidir. Ciddi xarici iqtisadi təzyiqlər olmasa, qeyd olunan rəqəmlər özünü doğruldacaq. Ancaq sözsüz, bir şərtlə ki, iqtisadiyyatda qeyri neft-qaz sektori daha sürətlə inkişaf etsin. Bunun üçün isə tələb olunan amillərdən biri yerinə yetib. Belə ki, iqtisadiyyat pandemiya məngənəsi və buxovundan çıxıb. 2018-ci ilin ikinci yarısından başlanan, xüsusən də 2019-cu ildəki islahatlar davam etdirilməlidir.

Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL


Teqlər: COVIDpasport  





Xəbər lenti