Fransızlar seçkilərdə erməni lobbisinin təsirini rədd edirlər

   Fransızlar seçkilərdə erməni lobbisinin təsirini rədd edirlər
  22 Aprel 2022    Oxunub:2841
Aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək. Həlledici qarşıdurmada fəaliyyətdə olan prezident Emmanuil Makron və “Milli birlik” partiyasının lideri Marin Le Pen iştirak edəcəklər. Fransanın daxili və xarici siyasət müstəvisində müşahidə olunan reallıqlar vətəndaşalrın seçimlərinin daha çox sosial problemlər prizmasından ediləcəyindən xəbər verir.
Seçkilərin birinci turunda səsvermədə iştirak edənlərin 27,84%-ni toplamış hazırkı prezident Emmanuil Makronla 23,15%-lik nəticə ilə onun əsas rəqibinə çevrilmiş “Milli birlik” partiyasının lideri Marin Le Pen arasında baş tutan 3 saatlıq teledebatda Fransada çox ciddi sosial problemlərin olduğu bir daha təsdiqləndi. Əslində hələ 2018-ci ilin sonlarından ölkədə geniş vüsət alan “sarı jiletlər” hərəkatı Fransa cəmiyyətnidə sosial narazılıqların getdikcə daha sərt konturlar almağa başladığını göstərirdi. Təsadüfi deyil ki, teledebatda prezident Emmanuil Makronun fransız ailələrinin iqtisadi reallığından uzaq bir lider olduğunu deyən Marin Le Pen vergiləri azaltmaqla hər bir fransız ailəsinin ayda 200 avroya qədər vəsaitə qənaət eməsi üçün addımın atılmasının vacibliyini vurğulayıb. “Milli birlik” partiyasının lideri habelə maaşların heç olmasa 10% artırılması təklifini də verib. Lakin Emmanuil Makron böhran dövründə qiymətlərin dondurulması siyasətinin bu təkilfdən daha effektli olduğunu bildirib. Halbuki Avropanın bütün ölkələrində olduğu kimi Fransada da inflyasiyanın səviyyəsinin yüksəlməsi əslində böhran dövründə qiymətlərin dondurulması barədə bəyanatların və cəhdlərin spekulyativ xarakter daşıdığını sübuta yetirir.

Bununla ayanaşı, Fransanın üzləşdiyi 4 sərt sosial problem – demoqrafiya, miqrasiya, əhalinin qocalması və işsizlik problemləri ölkənin ciddi sınaqlar dövrü yaşadığından xəbər verir. Ona görə də, prezident seçkilərində iştirak edən fransızları beynəlxalq gündəlikdən çox bu cür sosial məsələlər və daxili problemlər narahat edir. Bu baxımdan, sözügedən problemləri həll etmək əvəzinə xarici siyasət müstəvisində ucuz xallar qazanmaq naminə bəzi məsələlərdə moderator rolunda çıxış etməyə çalışsa da uğursuzluğa düçar olan Emmanuil Makron elə də asan qələbə qazanmayacaq.

Amma Makronu milli maraqları ümumavropa siyasətinə qurban verməkdə suçlandıran Marin Le Penin qalib gəlmək şansı daha da aşağıdır ki, bu da onun partiyasının hələ 2014-cü ildə öz seçki kampaniyası üçün Kremllə əlaqələri ilə seçilən rus-çex bankından təxminən 9,5 milyon avro miqdarında kredit alması ilə bağlıdır. O vaxtdan bəri bu addım onun Rusiyanın maraqlarına xidmət edən bir siyasətçi olduğunu sübuta yetirən fakt kimi göstərilir.

Maraqldır ki, bu məqam Fransada çox fəal olan erməni diasporunun siyasi oyunlarında da özünü qabarıq şəkildə biruzə verib. Belə ki, həlledici ikinci turda Ermənistanın əsil ağası olan Rusiyaya hüsn-rəğbət bəsləyən Marin Le Penin qalib gəlmək şansının real görünmədiyini dərk edən Fransadakı erməni diasporu hazırkı prezident Emmanuil Makronu dəstəkləyəcəyi barədə bəyanat yayıb. Bu isə erməniçilik ideoloqlarının ənənəvi erməni xislətinin – eyni zamanda iki-üç ağaya nökərçilik etmək kimi prinsipsizlik “keyfiyyəti”nin göstəricisidir. Makronun erməni separatçılığını və erməniçilik ideyalarını dəstəkləmək yönündə etdiyi cəhdlər də Fransadakı erməni diasporunun bu qərarını şərtləndirən amillərdən biridir. Lakin onun ölkədaxili sosial problemlərlə bağlı qayğıları, habelə ermənilərə qəyyumluğunun uğursuzluğa düçar olamsı və erməni lobbisinin seçkilərin nəticələrinə təsir cəhdlərinin zəif “bəhrə” verməsi fonunda Emmanuil Makronun erməni “problemi”nə ciddi diqqət ayırmasını böyük sual altına alır.

Amma Fransadakı erməni lobbisinin nüfuzunun ciddi şəkildə aşağı düşdüyünü yalnız Makron və ya Marin Le Penlə bağlı məqamlar göstərmir. Belə ki, Ermənistanın dəstək göstərdiyi, bəh-bəhlə nəinki İrəvana və hətta qanunsuz olaraq Xankəndinə gətirdiyi namizədlər Erik Zemmurun təxminən 7, Valeri Pekresin 4,8 və Ann İdalqonun isə cəmi 1,75% səs toplamaları erməni diasporunun nüfuzu barədə yayılan xəbərlərin həddən ziyadə şişirdildiyini sübuta yetirir. Bu isə o deməkdir ki, yalnız bələdiyyə səviyyəsində müəyyən təsirə malik olan erməni lobbisinin, ümumi miqyasda nüfuzu çox aşağı səviyyədədir.

Sahil İsgəndərov, politoloq

AzVision.az





Teqlər: Fransa   seçkilər  





Xəbər lenti