"Meymun çiçəyi" artıq ABŞ-da: Həyəcan təbili çalınır

  "Meymun çiçəyi" artıq ABŞ-da:  Həyəcan təbili çalınır
  19 May 2022    Oxunub:1763
Avropada ilk dəfə İngiltərədə müşahidə edilən “Meymun çiçəyi” virusu İspaniya, Portuqaliyanın ardından ABŞ-da da aşkarlanıb. Bu il xəstəliyə ilk yoluxma halı Massaçusets ştatında qeydə alınıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə 6 maydan bu günə qədər “Meymun çiçəyi” xəstəliyinə yoluxanların sayı 9-a yüksəlib.
Ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyi yeni yoluxanların virusun endemik olduğu bölgəyə səyahət emədiyini qeyd edib. Artıq İspaniya və Portuqaliyada da virusa yoluxanların sayının artması ilə həyacan təbili çalınıb.

Orta və Qərbi Afrikada meymundan insana keçən virusun səbəb olduğu “Meymun çiçəyi” xəstəliyinə İspaniyanın paytaxtı Madriddə 8 nəfər, Portuqaliyanın paytaxtı Lissabonda isə 5 nəfər yoluxub.

ABŞ-ın Massaçusets Xalq Sağlamlığı Departamentinin verdiyi açıqlamada Kanadaya səfər etmiş bir adamda "Meymun çiçəyi" virusunun aşkar edildiyini qeyd edib. Səlahiyyətli şəxslər bildiriblər ki, virus insanlar arasında asanlıqla yayılmır, ancaq yoluxmuş yataq dəsti və paltar kimi əşyalarla təmasda olduqda və ya yoluxmuş şəxslə uzun müddət yaxın olduqda tənəffüs yolu ilə yoluxma baş verə bilər.

Qeyd edək ki, bu il ABŞ-da virusa yoluxma halı qeydə alınmamışdı. Lakin 2021-ci ildə Texas və Merilenddən Nigeriyaya səfər edən 2 nəfərdə virusa yoluxma qeydə alınmışdı.

Aytən Zəhra
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti