ABŞ Ukraynaya "Patriot" raket sistemləri verəcək

   ABŞ Ukraynaya "Patriot" raket sistemləri verəcək
  20 May 2022    Oxunub:1283
ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri verəcək. Onlar senat tərəfindən bu yaxınlarda təsdiqlənmiş 40 milyard dollarlıq yeni yardım paketinin bir hissəsi olacaq.
AzVision.az “The Washington Post”a istnadən xəbər verir ki, paketin 20 milyard dollarlıq hissəsi hərbi yardıma ayrılıb. Nəşrin məlumatına görə, ABŞ Ukrayna ordusuna “Patriot” və uzaqmənzilli artilleriya kimi silah sistemlərinin verilməsini maliyyələşdirməyi planlaşdırır.

Bundan əlavə, yardım paketinə Ukraynaya ümumi iqtisadi dəstək üçün 8 milyard dollardan çox, qlobal ərzaq yardımı üçün təxminən 5 milyard dollar və qaçqınlara 1 milyard dollardan çox dəstək daxildir.

AzVision.az



Teqlər:





Xəbər lenti