SOCAR İrpendə dağılan məktəbi təmir edəcək

   SOCAR İrpendə dağılan məktəbi təmir edəcək
  21 May 2022    Oxunub:883
“SOCAR Energy Ukraine” şirkəti Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi həbi əməliyyatlar zamanı ziyan görən İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin təmirini üzərinə götürüb.
AzVision.az xəbər verir ki, bununla bağlı “SOCAR Energy Ukraine” şirkəti ilə İrpen şəhər Meriyası arasında razılıq əldə olunub. Bu razılaşma “SOCAR Energy Ukraine” şirkəti baş direktoru Elçin Məmmədovla İrpen şəhər meri Oleksandr Markuşin arasında keçirilən görüş zamanı əldə olunub. Razılaşmaya əsasən, “SOCAR Energy Ukraine” məktəbin dam örtüyünün təmirini, həmçinin pəncərə və qapıların dəyişdirilməsini maliyyələşdirəcək.

Sentyabrın 1-də şagirdlər təmir edilmiş məktəbə gedəcəklər. Bundan əlavə, İrpendə Zərifə Əliyeva adına parkın abadlaşdırılması ilə bağlı bir sıra işlərin görülməsi barədə razılıq əldə olunub.

AzVision.az


Teqlər: SOCAR   İrpen  





Xəbər lenti