Baydenin iki mühafizəçisi Seuldan qovuldu

   Baydenin iki mühafizəçisi Seuldan qovuldu
  21 May 2022    Oxunub:1044
ABŞ prezidenti Cozef Baydenin Seuldakı iki mühafizəçisi Koreyanın paytaxtında baş vermiş insidentdən sonra Amerikaya qovulublar. AzVision.az xəbər verir ki, bunu ABŞ Məxfi Xidmətinin rəsmi nümayəndəsi Entoni Quqlielmi bildirib. Onun sözlərinə görə, həmin şəxslər dərhal daimi növbətçilik yerlərinə qaytarılaraq, inzibati məzuniyyətə buraxılacaqlar:
“Məxfi Xidmət iki əməkdaşının qeyri-iş saatlarında baş verən və siyasətin potensial pozuntusu ola biləcək insidentdən xəbərdardır. Baş verən hadisə Baydenin Cənubi Koreyaya, sonra isə Yaponiyaya səfərinə insidentin heç bir təsiri olmayıb", - Məxfi Xidmət sözçüsü əmin edib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Bayden   Seul  





Xəbər lenti