Britaniyadakı ruslar 13 milyard dollara yaxın pul itirdi

   Britaniyadakı ruslar    13 milyard dollara yaxın pul itirdi
  21 May 2022    Oxunub:971
Rusiyalı milyarderlər Roman Abramoviç və Əlişir Usmanov Böyük Britaniyanın ən varlı adamları onluğundan çıxıblar.
AzVision.az xəbər verir ki, bu barədə The Times məlumat yayıb. Abramoviç 20 mövqe itirərək səkkizinci yerdən 28-ci yerə düşüb. Onun sərvəti 12 milyard funt-sterlinqdən 6 milyard funt-sterlinqə qədər azalıb. Usmanov altı pillə itirərək reytinqin 11-ci pilləsində qərarlaşıb. Onun sərvəti 3,4 milyard funt-sterlinq azalaraq 10 milyard funt-sterlinqə düşüb.

“LetterOne”un həmtəsisçisi Mixail Fridman isə milyarderlər siyahısında 19-cu yerdə qərarlaşıb. Onun sərvəti 2,57 milyard funt-sterlinq azalaraq 8,22 milyard funt-sterlinqə düşüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Milyarder  





Xəbər lenti