Baydenin Əliyevə göndərdiyi məktub: Azərbaycanın gücü və qüdrətinə hörmətlə yanaşılır

      Baydenin Əliyevə göndərdiyi məktub:    Azərbaycanın gücü və qüdrətinə hörmətlə yanaşılır
  21 May 2022    Oxunub:1076
ABŞ Prezidenti Cozef Baydenin möhtərəm Prezidentimiz İlham Əliyevə göndərdiyi təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür və eyni zamanda, Azərbaycanın bölgədəki nüfuzunun göstəricisidir.
Bunu Milli Məclisin deputatı Elşən Musayev bildirib. "Ümumiyyətlə, Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hər zaman uğurlu siyasəti, inkişafı və gücü ilə özünə hörmət qazanıb. 44 günlük Vətən müharibəsindən sonra isə həmin hörmət birə-beş artıb. Çünki artıq Azərbaycan hərb müstəvisində də qalib ölkədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz uzun illər əsarətdə, işğal altında qalan torpaqlarımızı geri qaytardı və Azərbaycan bütöv oldu. Bu prosesdən sonra təbii ki, regionda ölkəmizin mövqeləri daha da güclənib və Azərbaycan lider ölkə kimi nəzərləri öz üzərinə cəlb edib.

Bir daha deyirəm, Müstəqillik Günü ərəfəsində ABŞ kimi mötəbər və fövqəldövlətin başçısından təbrik məktubu almaq həqiqətən də Azərbaycandakı inkişafa, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə verilən qiymətdir. Hər kəs Azərbaycanın gücünü və qüdrətini qəbul edir, hər kəs bu gücə və qüdrətə hörmətlə yanaşır, hər kəs doğma Azərbaycanımızı və rəhbərimizi dünya dövlətlərinin liderləri sırasında görür. Bu da olduqca sevindirici və qürurverici bir haldır”, - deyə deputat bildirib.

Deputat Ceyhun Məmmədov isə deyib ki, ABŞ prezidentinin İlham Əliyevə məktubu xüsusi önəm daşıyır.

“Bu, onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri inkişaf edir. Bu baxımdan, burada münasibətlərin 30 illik qurulduğu, artıq 30 illiyinin tamam olduğu vurğulanır. Digər bir mühüm məqam isə Azərbaycanın beynəlxalq təhlükəsizlikdə rolu ilə bağlı məsələnin məktubda öz əksini tapmasıdır. Hesab edirəm ki, növbəti əhəmiyyətli məsələ isə Qərb Azərbaycanın Ukraynaya dəstəyini, humanitar yardımını yüksək qiymətləndirir və bu, ABŞ tərəfindən də çox böyük diqqətlə qarşılanır. Çünki Azərbaycan bu günə kimi Ukraynaya böyük yardım edən azsaylı region ölkələrindən biridir.

Digər bir mühüm məsələ isə burada ABŞ-ın Ermənistanla münaqişə prosesinə, əvvəlki münaqişəyə, bunun tənzimlənməsinə, inkişafına öz mövqeyini və fikrini bildirməsidir. Hesab edirəm ki, bu bəyənat, bu məktub gələcək əlaqələrin inkişafına, daha da möhkəmlənməsinə ciddi töhfə verəcək. Azərbaycan öz növbəsində hər zaman ABŞ-la münasibətlərin qorunmasında maraqlı olub və biz ümid edirik ki, hər zaman bu siyasət ABŞ tərəfindən də Azərbaycana qarşı uğurla davam etdiriləcək”, - deyə deputat əlavə edib.(Trend)

AzVision.az



Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti