Litvanın Baş prokuroru “ASAN xidmət”lə bağlı paylaşım etdi

   Litvanın Baş prokuroru “ASAN xidmət”lə bağlı paylaşım etdi
  21 May 2022    Oxunub:771
Azərbaycana səfərim zamanı məni Bakıda “ASAN xidmət” mərkəzi ilə tanışlığa dəvət etdilər. Bu nəhəng və çox müasir mərkəz “bir pəncərə” prinsipində fəaliyyət göstərir.
AzVision.az xəbər verir ki, bu barədə Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskiene feysbukdakı səhifəsində yazıb. Hazırda “ASAN xidmət” mərkəzi ümumilikdə dövlət orqanları, eləcə də özəl şirkət və müəssisələr tərəfindən göstərilən 320-dən artıq müxtəlif xidmətlər təqdim edir.

“Mərkəzə gələrkən müştərinin digər müəssisələrdən toplanmış sənədləri gətirməsinə ehtiyac yoxdur. Bütün zəruri məlumatlar mərkəzin bazasında mövcuddur. Belə qarşılıqlı fəaliyyət bütün lazımi xidmətləri insanlara yerindəcə təqdim etmək imkanı verir, hətta nikahın qeydiyyatı zamanı lazım olan tibbi xidmətləri belə. Mərkəzin daha bir xüsusiyyəti könüllülərdir. Könüllülər ziyarətçilərə kömək edir, onları istiqamətləndirirlər”, - deyə Litvanın Baş prokuroru qeyd edib.

Nida Qrunskiene sonda yazıb ki, müştərilərin 99,5 faizinin bu mərkəzin xidmətlərindən razı qalması təəccüblü deyil.

AzVision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti