Kasparovla Xodorkovski Rusiyanın xarici agentlər siyahısına düşdü

      Kasparovla Xodorkovski    Rusiyanın xarici agentlər siyahısına düşdü
  21 May 2022    Oxunub:656
Rusiya Ədliyyə Nazirliyi şahmatçı Harri Kasparov və iş adamı Mixail Xodorkovskini “xarici agentlər” reyestrinə salıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, Xodorkovski və Kasparov “siyasi fəaliyyətlə məşğul olan” şəxslər – “xarici agentlər” siyahısına daxil edilib.

Rusiyanın Ədliyyə Nazirliyi Xodorkovskini Ukrayna ilə, Kasparovu isə həm Ukrayna həm də "Human Rights Found"u ilə əlaqələndirib.

Xatırladaq ki, bundan əvvəl reper Alişer Morqenştern də “xarici agentlər” siyahısına daxil edilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Agent  





Xəbər lenti