"Brüsseldə sülhlə bağlı təklif olunan bəndlər müzakirə olunacaq"

   "Brüsseldə sülhlə bağlı təklif olunan bəndlər müzakirə olunacaq"
  21 May 2022    Oxunub:1272
Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə keçiriləcək üçtərəfli görüşündə hər hansı sənədin imzalanması gözlənilmir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Brüsseldə sülh sazişi ətrafında danışıqlara başlamaq üçün tərəflərin təklif etdiyi bəndlər müzakirə olunacaq.

- Məsələn, regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupu var ki, onun həmsədrləri baş nazirin müavinləridir və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların müzakirəsi bu formatda davam etdirilməlidir. Eyni sözləri digər məsələlər haqqında da demək olar hansılar ki, bu iş formatlarında daha ətraflı müzakirələrə çıxarılırlar. Ona görə də Brüsseldə heç bir sənəd imzalamaq planı yoxdur, - Qriqoryan deyib.

O, danışıqların gündəminin gizli saxlanılması ilə bağlı ittihamları qəribə hal adlandırıb.
Bundan başqa, katib qeyd edib ki, Ermənistan və Azərbaycan arasında müzakirələrin hazırkı gündəliyi məlumdur.

Xatırladaq ki, mayın 22-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri Belçikanın paytaxtında danışıqlar aparacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Brüssel   Sülh  





Xəbər lenti