"Rusiya 1,3 milyondan çox ukraynalını öz ərazisinə deportasiya edib"

   "Rusiya  1,3 milyondan çox  ukraynalını öz ərazisinə deportasiya edib"
  21 May 2022    Oxunub:1024
Mayın 21-nə olan məlumata görə, Rusiya 1 milyon 377 min 925 ukraynalını, o cümlədən 232 min 480 uşağı öz ərazisinə deportasiya edib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisova məlumat verib.
Məcburi evakuasiya- Mariupollular Rusiyaya aparılır - VİDEO
- Son 24 saat ərzində - 17 306, o cümlədən 2 213 uşaq deportasiya edilib. Rusiya Federasiyasının ukraynalıların guya könüllü köçürülmələri ilə bağlı bəyanatları reallığa uyğun gəlmir. Əlimizdə məcburi və əvvəlcədən planlaşdırılan deportasiya ilə bağlı təkzibolunmaz sübutlar var. Digər sübut isə Mariupol merinin müşaviri Pyotr Andryuşşenkonun yayımladığı videodur. Bu kadrlar Mariupol sakinlərinin deportasiyasının real mənzərəsini göstərir. İnsanlar əli avtomatlı rus hərbçiləri tərəfindən mühasirəyə alınıblar və onlar qorxuya düşüblər. Ruslar onlara məkanı tərk etməyə icazə vermirlər. Həmin yerli sakinlər Novoazovski rayonunun Bezimennıdakı düşərgəsinə, oradan isə Rusiyaya göndəriliblər, - Ombudsman deyib.

O qeyd edib ki, çox təxmini məlumatlara görə, təkcə bu düşərgədən 32 mindən çox vətəndaş keçib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti