Ukraynada təxribatda şübhəli bilinən şəxslər saxlanılıb - FOTOLAR

   Ukraynada təxribatda şübhəli bilinən şəxslər saxlanılıb -    FOTOLAR
  21 May 2022    Oxunub:430
Ukraynalı sərhədçilər Kiyev vilayətində təxribat-kəşfiyyat qrupunun üzvü olduğu ehtimal edilən şübhəli şəxs saxlayıblar. AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Qeyd edilir ki, həmin şəxsin mobil telefonunda Ukrayna əleyhinə materiallar, yazışmalar və Rusiyanın təbliğat kanallarına abunəliklər aşkar edilib.

Bundan əlavə, sərhədçilər ondan Rusiya vətəndaşlarının mobil nömrələrini və Rusiya Federasiyası ilə Belarusa olan marşrutları aşkar ediblər.

Həmçinin saxta sürücülük vəsiqələri ilə Kiyevə gedən Özbəkistan, Türkmənistan və Rusiya Federasiyası vətəndaşları barədə də məlumat verilib. Ukrayna sərhədçiləri onları polisə təhvil veriblər.


Tural Tağıyev
AzVision.az

Teqlər: Ukrayna  







Xəbər lenti