Rusların gizli məzarlığı tapıldı: Biri polkovnikdir- FOTOLAR

      Rusların gizli məzarlığı tapıldı:    Biri polkovnikdir-    FOTOLAR
  21 May 2022    Oxunub:1160
Ukraynada Rusiya hərbçilərinin məzarları aşkarlanıb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Buçada daha bir kütləvi məzarlıq tapılıb - VİDEO
Bildirilir ki, məzarlar Xarkov vilayətinin Zoloçevski rayonunda tapılıb.

Xarkov vilayəti polisinin istintaq şöbəsinin rəisi Serqey Bolvinovun sözlərinə görə polisə müxtəlif küçələrdə qəbirlərin aşkarlanması barədə məlumat daxil olub. Məzarların isə üzərində heç bir yazı və ya işarə olmayıb. Yalnız qəbirin baş hissəsində kustar üsulla hazırlanmış xaçlar qoyulub.

- Biz bu məzarları qazmalı olduq. Onların şəxsiyyətini müəyyənləşdirib həmin cəsədləri beynəlxalq prosedurlara uyğun qarşı tərəfə təhvil verməli idik. Ruslar isə cəsədləri götürməkdə maraqlı deyillər. Ümumilikdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin geyimində olan 6 meyit tapılıb. Onlardan biri polkovnik-leytenant V.S. Gerasimovdur, - Bolvinov deyib.




Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Məzar  





Xəbər lenti