Tovuzda 10 nəfəri it dişlədi, 1 azyaşlı Bakıya gətirildi
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri almış şəxslərə ilkin təxirəsalınmaz tibbi yardım göstərilib, zəruri vaksin vurulub.
Qeyd edək ki, Tovuzun Xatınlı, Qaraxanlı və Əlimərdanlı kəndlərində eyni it küçədə qarşısına çıxan insanları dişləyib. İt həmin şəxslərin daha çox qol, boyun, kürək və sifət nahiyələrini dişləyərək xəsarətlər yetirib.
Aytən Zəhra
AzVision.az
Teqlər: