Baydenin Rusiyaya girişi qadağan edildi

   Baydenin Rusiyaya girişi qadağan edildi
  21 May 2022    Oxunub:954
ABŞ prezidenti Co Baydenin Rusiya ərazisinə daxil olması rəsmən qadağan edilib
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Ümumilikdə 963 ABŞ vətəndaşına tətbiq edilən “Stop siyahısı”na ABŞ-ın bir sıra digər yüksək rütbəli rəsmiləri də daxil edilib: Dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli.

Rusiya Xarici İşlər Nazirliyinin bunu ABŞ-ın tətbiq etdiyi anti-Rusiya sanksiyalarına cavab olaraq etdiyi bildirilib.

Məlumatda vurğulanıb ki, Rusiya qarşıdurmaya can atmır və hər zaman Amerika xalqını rusofobiyanı qızışdıran ABŞ hakimiyyət orqanlarından və onlara xidmət edənlərdən ayıraraq, dürüst, qarşılıqlı hörmət əsasında dialoqa açıqdır.

AzVision.az


Teqlər:





Xəbər lenti