Müdafiə Nazirliyi: Ordumuzun mövqelərinə atəş açılıb

      Müdafiə Nazirliyi:    Ordumuzun mövqelərinə atəş açılıb
  21 May 2022    Oxunub:1402
Mayın 21-i saat 16:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə edərək atəşə tutub.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

AzVision.az



Teqlər: Ermənistan   Azərbaycan   Atəş  





Xəbər lenti