“Bakı ilə İrəvanın sülh imzalamaq ehtimalı yüksək deyil” – Keçmiş diplomat

   “Bakı ilə İrəvanın sülh imzalamaq ehtimalı yüksək deyil” –    Keçmiş diplomat
  20 İyun 2022    Oxunub:1902
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanma ehtimalı mənə hələ də, məsələn, Rusiya və Ukrayna arasında olduğu qədər yüksək görünmür”. Bu sözləri AzVision.az-a Rusiya xarici işlər nazirinin keçmiş müavini, Rusiya Federasiyasının Koreya Respublikasındakı keçmiş səfiri Georgi Kunadze məlumat verib.
Onun fikrincə, bu iki münaqişə oxşar olmasa da, tərəflərin bir-birlərinə qarşı barışmazlığı bəlkə də, onları bir-birinə yaxınlaşdırır. "Bunu nəzərə alaraq, hər iki münaqişənin tam beynəlxalq hüquqi həllindən danışmaq çətindir. Ən azından Bakıda və İrəvanda hər iki xalqın barışmasını açıq şəkildə müdafiə edən nüfuzlu siyasi qüvvələr meydana çıxana qədər. Cəsarət edərək demək istərdim ki, barışıq yolunda ilk addımı məntiqlə daha güclü tərəf ata bilər və atmalıdır”, - Q.Kunadze bildirib.

Rusiyalı ekspert qeyd edib ki, Rusiyanın Ermənistana silah tədarükünü bərpa etməyə hazır olub-olmadığını söyləmək çətindir. “Hərçənd, indi silah Rusiyanın özünə çatmır. Türkiyə ilə münasibətlərin kəskinləşməsi isə indi ona heç bir fayda verməz", - o əlavə edib.

N.Quliyev
AzVision.az



Teqlər: Sülh-müqaviləsi  





Xəbər lenti