Məşhur futbolçu baş məşqçi oldu

Məşhur futbolçu baş məşqçi oldu
  21 İyun 2022    Oxunub:834
Bir müddət əvvəl futbolçu karyerasını başa vuran Karlos Teves məşqçiliyə başlayıb. AzVision.az xəbər verir ki, argentinalı keçmiş hücumçu ölkəsində çalışacaq.
O, Premyer Liqada mübariə aparan "Rozario Sentral"ın baş məşqçisi postuna təyin olunub. Bu bardədə məlumatı klubun rəsmi saytı yayıb.

Teveslə1 illik müqavilə imzalanıb. O, "Rozario Sentral"ın baş məşqçisi postunda Kili Qonsalesi əvəz edib.

Qeyd edək ki, son klubu Argentina "Boka Xuniors"undan 2021-ci ilin fevralında ayrılan Karlos Teves əvvəllər "Korintians", "Vest Hem", "Mançester Yunayted", "Mançester Siti" və "Yuventus" kimi klublarda da oynayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti