Minatəmizləmə şirkətinin əməkdaşını ilan sancdı

 Minatəmizləmə şirkətinin əməkdaşını ilan sancdı
  22 İyun 2022    Oxunub:1400
22 iyun tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.
ANAMA-dan AzVision.az -a verilnə məlumata görə, nəticədə, nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib.

Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir.

AzVision.az





Teqlər: ANAMA  





Xəbər lenti