Gəncədə avtoxuliqanlar saxlanılıb

Gəncədə avtoxuliqanlar saxlanılıb
  22 İyun 2022    Oxunub:830
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə monitorinq keçirən zaman saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə edilən “Chevrolet” markalı avtomobilin sürücüsü polis əməkdaşının qanuni tələbinə tabe olmayıb.
Hadisə yerindən yayınan Sahib Hüseynov saxlanılıb, barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 15 sutka müddətinə inzibati qaydada həbs edilib. Bundan başqa monitorinq zamanı “VAZ” markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan və konstruksiya dəyişikliyi edərək şəhər ərazisində avtoxuliqanlıq edən Səlim Əmirov da saxlanılıb və məhkəmənin qərarı ilə inzibati qaydada həbse dilib.

Davam etdirilən tədbirlər nəticəsində daha bir “VAZ” markalı avtomobilin sürücüsünün qanunla qadağan edilməsinə baxmayaraq çoxavazlı səs siqnalından istifadə etməsi məlum olub. Məhkəmənin qərarı ilə səs siqnalı müsadirə edilib, sürücü isə 500 manat miqdarında cərimə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti