Azad edilən ərazilərdə küçə və yollar "Yaşıl enerji" ilə işıqlandırılacaq

   Azad edilən ərazilərdə küçə və yollar "Yaşıl enerji" ilə işıqlandırılacaq
  22 İyun 2022    Oxunub:434
Küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblər müəyyən ediləcək.
AzVision.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” ASC, yerli icra hakimiyyəti Orqanları ilə birlikdə küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi üçün 2022-2023-cü illərdə təhlillərin aparılmasını, tələblərin müəyyən edilməsini, tələblərin razılaşdırılması və təsdiq edilməsini təmin etməlidir.

AzVision.az

Teqlər:







Xəbər lenti