Məktəb direktoru intihara cəhd edib

Məktəb direktoru intihara cəhd edib
  22 İyun 2022    Oxunub:840
Gəncədə məktəb direktoru intihara cəhd edib.
AzVision.az xəbər verir ki, İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva 14 ədəd dərman həbi içərək qəsdən özünü zəhərləyərək intihar etməyə çalışıb. O dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

Hələlik M.Qarayevanı dindirmək mümkün olmayıb.

Onun hansı səbəbdən həyatına qəsd etmək istəməsi hələ məlum deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti