“Jurnalist Levin edamdan əvvəl işgəncə ilə dindirilib” - Sərhədsiz Reportyorlar

   “Jurnalist Levin edamdan əvvəl işgəncə ilə dindirilib” -    Sərhədsiz Reportyorlar
  22 İyun 2022    Oxunub:363
Ukraynalı fotomüxbir Maksim Levin və onun dostu, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Aleksey Çernışov mart ayında Kiyev yaxınlığındakı meşədə rus hərbçiləri tərəfindən soyuqqanlılıqla edam edilib.
AzVision.az xəbər verir ki, bu qənaətə “Sərhədsiz Reportyorlar” təşkilatı jurnalistin ölüm şəraitini, o cümlədən cinayət yerindən tapılan sübutları hərtərəfli öyrəndikdən sonra gəlib.

Ehtimal ki, Levin dronunu geri qaytarmaq üçün meşəyə gedib və orada onu artıq ərazinin bir hissəsini işğal etmiş düşmən qoşunları görüb.

Jurnalist əmin idi ki, dronla çəkilmiş kadrlar Rusiyanın Ukraynaya qəddarcasına müdaxiləsinə yaxşı sübutdur.

Təşkilatın fikrincə, jurnalist edamdan əvvəl işgəncə ilə dindirilmiş ola bilər.

Ukrayna təhlükəsizlik qüvvələrinin əməkdaşlarının müşayiəti ilə “Sərhədsiz Reportyorlar” təşkilatı cinayət yerini müəyyən edə bilib. Levinin yanmış “Ford Maverik”i hələ də orada idi.

“Sərhədsiz Reportyorlar”ın mütəxəssisləri hadisə yerində bir neçə güllə, həmçinin Çernışovun şəxsiyyətini təsdiq edən sənədləri aşkar edib və onun avtomobilində 14 güllə izi aşkar ediblər.

Xatırladaq ki, aprelin 1-də Quta kəndi yaxınlığında polis fotomüxbir Maks Levinin cəsədini tapıb. İlkin ehtimallara görə, fotoqraf atıcı silahdan iki atəşlə öldürülüb.

AzVision.az

Teqlər:







Xəbər lenti