Bakıda 40-dan çox marşrut avtobusu gecikmə ilə hərəkət edir

   Bakıda 40-dan çox marşrut avtobusu gecikmə ilə hərəkət edir
  22 İyun 2022    Oxunub:655
Hazırda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələrə səbəb olmaqdadır.
Bu barədə AzVision.az -a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Vahid Dispetçer Xidmətinin axşam pik saatlarına olan məlumatına əsasən şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 20 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 40-dan artıq müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalından 10-15 dəqiqə və daha artıq gecikmələr yaranıb.

Məlumata görə, intervallardakı gecikmələr dayanacaq məntəqələrində sərnişinlərin uzunmüddətli sərnişin sıxlıqlarının yaranmasına səbəb olmaqdadır.

O cümlədən, Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətindəki sıxlıq səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti