Miqren göz insultuna səbəb ola bilər - Xəbərdarlıq

   Miqren göz insultuna səbəb ola bilər -    Xəbərdarlıq
  22 İyun 2022    Oxunub:312
Cərrah Aleksandr Baraş miqreni göz insultu və korluğun səbəblərindən biri kimi qeyd edib.
47 yaşlı Darya Lexion uzun illər idi miqrendən əziyyət çəkirdi.


Bir səhər qadın güclü baş ağrısı ilə oyanır, ağrıya alışqan qadın birdən gözlərinin qarşısında ağ kölgələr, ləkələr görməyə başladı.

“Bu buynuz qişanın arteriyasının okluziyası, yəni tutulması adlanır. Necə ki, beyində insult olur, eləcə də gözlərdə insult baş verə bilər”, - deyə həkim vurğulayıb.

Həkim qadına gözlərin insultu diaqnozu qoyub.

Adətən göz insultunda görmə ağrısız şəkildə bir gözdə itir, görmənin bir hissəsi blok olur. Göz insultunun səbəbi elə beyində olduğu kimidir: yüksək təzyiq, diabet, yüksək xolesterin. Müalicəsi cərrahi yolladır. Əvvəlcə həkim əmin olmalıdır ki, xəstəlik beyini zədələməyib, sonra terapiya təyin edilir.

AzVision.az

Teqlər:







Xəbər lenti