Britaniyada illik inflyasiya 40 ilin rekordunu qırıb

Britaniyada illik inflyasiya 40 ilin rekordunu qırıb
  23 İyun 2022    Oxunub:727
Böyük Britaniyada illik inflyasiya 1982-ci ildən bəri rekord qıraraq 9,1%-ə yüksəlib.

Bu barədə ölkənin Milli Statistika Bürosunun (Office for National Statistics, ONS) məlumatlarında qeyd edilir.

Belə ki, may ayında inflyasiya səviyyəsi aprel ayı ilə müqayisədə 0,1% artıb.

Bundan əlavə, istehlak qiymətləri apreldə 2,5% artdıqdan sonra may ayında da 0,7% yüksəlib.

İyunun 18-də minlərlə insan Londonun mərkəzində iqtisadi böhran şəraitində Böyük Britaniya hökumətinin fəaliyyətsizliyinə etiraz etmək üçün yürüşə çıxıb. İnsanlar maaşların və sosial müavinətlərin kəsilməsindən şikayətlənərək hökumətdən əhaliyə dəstək üçün daha qəti tədbirlər görməsini tələb ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti