Hindistanda ailə borca görə intihar etdi

Hindistanda ailə borca görə intihar etdi
  23 İyun 2022    Oxunub:1205
Hindistanda, Maharaştra ştatında doqquz nəfər evdə ölü tapılıb.
AzVision.az “Mirror” qəzetinə istinadən xəbər verir ki, ölənlərin hamısı Vanmor ailəsinin üzvləridir. İntihar edənlər 15-72 yaş arasında olub.

Məlumata görə, ailə üzvləri borca görə intihar etməyə qərar veriblər. Polisin ailənin maddi sıxıntısı olduğunu təsdiq edib. Onların zəhər içərək intihar etdiyi məlumataı yayılıb.

AzVision.az


Teqlər: Ailə  





Xəbər lenti