"Ağalının 428 sakini yurda qayıtmaq istəyir" - Komitə sədri

   "Ağalının 428 sakini yurda qayıtmaq istəyir" -    Komitə sədri
  23 İyun 2022    Oxunub:1138
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Dragana Koyiç ilə görüşüb.
Komitədən AzVision.az -a verilən xəbərə görə, məcburi köçkünlərin qayıdışı ilə əlaqədar həyata keçirilən layihələrdə beynəlxalq təşkilatların, həmçinin BQXK-nın iştirakının əhəmiyyəti qeyd edilərək bildirilib ki, Dövlət Komitəsi bu mərhələdə də əməkdaşlığın səmərəli olacağına böyük ümid bəsləyir.

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icra edildiyi, yeni salınan müasir tipli yaşayış məntəqəsinə əhalinin köçürülməsinə hazırlıq görüldüyü xatırladılaraq diqqətə çatdırılıb ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.

Dragana Koyiç rəhbəri olduğu nümayəndəliyin fəaliyyəti haqqında məlumat verib, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirdiyini, işə yeni əməkdaşlar cəlb edildiyini söyləyib.

Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri xanım Arian Bauer də iştirak edib. Dövlət Komitəsinin sədri fəaliyyət dövrü ərzində göstərdiyi xidmətlərə görə xanım Arian Bauerə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti