Goranboyda selin vurduğu ziyanla bağlı komissiya yaradıldı

   Goranboyda selin vurduğu ziyanla bağlı    komissiya yaradıldı
  23 İyun 2022    Oxunub:445
Goranboy rayonu Ağcakənd qəsəbəsində selin vurduğu ziyan dəqiqləşdirilir. Bu barədə AzVision.az -a Goranboy rayon icra başçısının müşaviri Ülvi İsmayılov məlumat verib. O bildirib ki, bununla bağlı komissiya təşkil edilib, araşdırma aparılır:
“Fövqəlada Hallar Nazirliyinin əməkdaşları da hadisə yerindədir. Komissiya müraciətləri və fəsadları araşdırır”.

Qeyd edək ki, dünən Goranboyda yağış və sel ciddi fəsadlar törədib. Rayonun Ağcakənd qəsəbəsində sel suları səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb. Güclü sel bir neçə avtomobili aparıb. Eləcə də, su evlərə dolub.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti