"Anti-İran sanksiyalarının ləğv edilməsinə çalışacağıq" - Lavrov

   "Anti-İran sanksiyalarının ləğv edilməsinə çalışacağıq" -    Lavrov
  23 İyun 2022    Oxunub:1196
Rusiya İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti heç bir istisna və əlavələr olmadan orijinal konfiqurasiyasında həll etmək üçün Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) bərpa etməyə çalışacaq.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla danışıqlardan sonra birgə keçirilən mətbuat konfransında deyib.

“Biz JCPOA-nın 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiq edildiyi kimi, heç bir istisnasız, heç bir əlavə edilmədən ilkin konfiqurasiyasına qaytarılmasına və JCPOA-ya zidd olan bütün qeyri-qanuni anti-İran sanksiyalarının ləğv edilməsinə çalışacayıq".

AzVision.az



Teqlər:





Xəbər lenti