G7 ölkələri G20-nin payız sammitində iştirak edəcəklər

   G7 ölkələri G20-nin payız sammitində iştirak edəcəklər
  28 İyun 2022    Oxunub:2109
G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak etmək qərarına gəliblər. Bu barədə Almaniya kansleri Olaf Şolts G-7 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
"G20-yə gəlincə, danışıqlar zamanı böyük konsensus var idi ki, biz iyirmiliyi bölmək istəmirik. Ona görə də bugünkü nöqteyi-nəzərdən bura toplaşan ölkələrin ora getmək qərarı verilib". Şolts bildirib.

G20 sammiti noyabrda İndoneziyanın Bali kurort adasında şəxsən keçiriləcək. Bu qrup yeddi aparıcı sənayeləşmiş ölkənin - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın maliyyə nazirlərinin təşəbbüsü ilə 1999-cu il dekabrın 15-16-da Berlində keçirilən konfransda yaradılıb. Onun yaradılmasında əsas məqsəd qlobal çağırışlara cavab olaraq tədbirlərin işlənib hazırlanması prosesinə böyük inkişaf etməkdə olan ölkələri cəlb etmək idi. G20-nin konsensusla qəbul edilən qərarları məcburi deyil və Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər maliyyə və iqtisadi təşkilatlar tərəfindən təsdiq edilməlidir.

AzVision.az

Teqlər:







Xəbər lenti