Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləyəcək

      Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləyəcək
  28 İyun 2022    Oxunub:2304
Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri Madriddəki görüşdən sonra Türkiyənin təhlükəsizlik sahəsində tələblərini nəzərə alan saziş imzalayıblar və hazırda Ankara bu ölkələrin alyansa daxil olmasına dəstək verməyə hazırdır.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Stoltenberq deyib: "İndi İsveç və Finlandiyanın NATO-ya daxil olmasına yol açan razılaşmamız olduğunu elan etməkdən məmnunam. Onlar Türkiyənin narahatlığını, o cümlədən silahlara nəzarət və terrorla mübarizəni əhatə edən memorandum imzalayıblar. Qazanılan tərəqqidən Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləməyə hazırdır”.

Madriddə üç ölkə arasında imzalanan memorandumda isə deyilir ki, Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər.

Üç ölkə başçısının görüşündə əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib.

Türkiyə Prezident administrasiyası memarondumla bağlı məlumat yayıb. Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə Terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq.

Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək. Eləcə də Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində mümkün qədər geniş iştirakına dəstək veriləcək.

AzVision.az

Teqlər: NATO  







Xəbər lenti