Bakıda və Hacıqabulda su kəsiləcək

Bakıda və Hacıqabulda su kəsiləcək
  30 İyun 2022    Oxunub:1514
İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.
AzVision.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Məlumatda deyilir ki, bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.



AzVision.az


Teqlər:





Xəbər lenti