Rumıniyanın Birinci Karol Milli Müdafiə Universitetində "Strategiyalar XXI" adlı beynəlxalq elmi-praktik onlayn konfrans keçirilib.
Müdafiə Nazirliyində nverilən xəbərə görə, konfransın plenar iclasında Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev "İkinci Qarabağ müharibəsinin hərbi aspektləri" mövzusunda məruzə ilə çıxış edib və konfrans iştirakçılarının suallarını cavablandırıb.