Ölkəmizdə ana və uşaq ölümlərinin sayı ciddi şəkildə azalıb

   Ölkəmizdə ana və uşaq ölümlərinin sayı ciddi şəkildə azalıb
  30 İyun 2022    Oxunub:1292
"Azərbaycanda ana ölümlərinin göstəricisi 100 minə 26 nisbətindədir".
AzVision.az xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırılması şöbəsinin əməkdaşı Könül İsmayılova İSİM, UNFPA, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyati qurumların nümayəndələrinin iştirakı ilə keçirilən “Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi üzrə işin təşkili” konfransında deyib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkikatının məlumatına görə, dünyada qadınlar arasında olan reproduktiv və cinsi xəstəliklər ümumi xəstəliklərin 20 faizini, kişilər arasında isə 14 faizini təşkil edir:

"Reproduktiv sağlamlıq insan inkişafında ən vacib məqamlardan biridir. Ölkəmizdə ana və uşaq ölümlərinin sayı ciddi şəkildə azalıb. UNİCEF-in məlumatına görə, hər 100 min ana namizədi arasında 26 ölüm halı qeydə alınıb. Bu da kifayət qədər azalma ilə müşahidə olunan rəqəmlərdir. Təbii ki, bu rəqəm pandemiyaya qədər olan statistikadır. Bu rəqəm hazırda enməkdə davam edir".

AzVision.az


Teqlər:





Xəbər lenti