Səfər Mehdiyev gömrükçülərə tapşırıq verdi
S. Mehdiyev mövsümlə əlaqadar, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracında artım müşahidə olunduğunu diqqətə çatdırıb və ixrac əməliyyatlarının sürətləndirilməsi, sərhədkeçmə proseslərinin təkmilləşdirilməsi, gömrük-keçid məntəqələrində yarana biləcək sıxlıqların aradan qaldırılması məqsədilə yük nəqliyyat vasitələrinin keçidinin elektron növbə prinsipi ilə təşkili istiqamətində müvafiq strukturlara tapşırıqlar verib.
S. Mehdiyev bu ilin müvafiq dövrü ərzində görülən işlər barədə məlumat verərkən bildirib ki, Prezident İlham Əliyev tərəfindən şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, tranzit və ixrac imkanlarının daha da artırılması məqsədilə irimiqyaslı layihələr həyata keçirilir.
Komitə sədri vurğulayıb ki, regionda formalaşan yeni reallıqlar və çağırışlar fonunda qarşıya qoyulan hədəflərin uğurla icra olunmasında gömrük orqanlarının üzərinə də mühüm vəzifələr düşür. Belə ki, gömrük əməliyyatlarının və sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarnın daha da sadələşdirilməsi, vaxta və vəsaitə qənaət edilməsi, bir sözlə gömrük işinin səmərəli şəkildə təşkili ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, ixrac və tranzit potensialının artırılmasında mühüm rol oynayır.
Qeyd edək ki, komitədə 6 ayın yekunlarına dair əməliyyat müşavirəsində Dövlət Gömrük Komitəsinin sədr müavinləri, aidiyyəti strukturların rəhbərləri iştirak edib.
AzVision.az
Teqlər: DGK