Britaniyadan Ukraynaya hərbi yardım: Əlavə 1 milyard ayrıldı

   Britaniyadan Ukraynaya hərbi yardım:    Əlavə 1 milyard ayrıldı
  30 İyun 2022    Oxunub:971
Böyük Britaniya Ukraynaya əlavə 1 milyard funt-sterlinq hərbi yardım verəcək.
Bu barədə Böyük Britaniya hökuməti qərar qəbul edib. “Ukraynaya dəstək üçün ayrılan məbləğ Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsinə, o cümlədən müasir hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, yeni innovativ elektron döyüş texnikası və ukraynalı əsgərlər üçün minlərlə həyati ləvazimata yönəldiləcək”, - deyə məlumatda bildirilir.

Nəşr qeyd edir ki, Böyük Britaniyanın yeni öhdəliyi hazırda Madriddə keçirilən NATO sammitində Ukraynaya razılaşdırılmış dəstək paketinin bir hissəsidir. Böyük Britaniyanın Kiyevə 2022-ci ildə iqtisadi və hərbi yardımı 3,8 milyard funt sterlinq təşkil edib.

AzVision.az

Teqlər:







Xəbər lenti