"Türkiyəyə F-16 qırıcılarını satmalıyıq" - Bayden

   "Türkiyəyə F-16 qırıcılarını satmalıyıq" -     Bayden
  30 İyun 2022    Oxunub:1603
F-16 qırıcılarını Türkiyəyə satmalıyıq.
AzVision.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden NATO sammitinin yekununa dair açıqlamasında deyib.

"Türkiyəyə F-16 satmaq və modernləşdirmək lazımdır. Bunun əksi bizim maraqlarımıza uyğun deyil. Bu məsələ ilə bağlı mənim mövqeyim dəyişməyib. Konqresin təsdiqi də lazımdır, fikrimcə, buna nail ola biləcəyik", - deyə Bayden bildirib.

Qeyd edək ki, Türkiyə ötən ilin oktyabrında ABŞ-dan 40 ədəd F-16 qırıcısı satın alınması üçün müraciət etmişdi. ABŞ Dövlət Departamenti satışın dövlətin maraqlarına uyğun olduğu barədə Konqresə yazılı müraciət göndərsə də, ABŞ Konqresi buna hələlik razılıq verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti