Ərdoğan Putin və Zelenski ilə danışacaq

   Ərdoğan Putin və Zelenski ilə danışacaq
  30 İyun 2022    Oxunub:1839
“Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə daimi təmasdayam”.
AzVision.az Türkiyə mediasına isitnadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Mən Vladimir Putinlə daimi təmasdayam. Tezliklə atəşkəs üçün bütün diplomatik səyləri göstərmək lazımdır”, - o deyib.

Türkiyə lideri taxıl məsələsini müzakirə etmək üçün Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırdığını vurğulayıb.

“Cari həftənin sonunda, yeni həftənin əvvəlində taxıl dəhlizi ilə bağlı həm Putin, həm də Zelenski ilə telefon danışığı aparmağı planlaşdırıram”, – deyə Ərdoğan bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti