Amerikalı basketbolçu 9 il müddətinə həbs edilib

Amerikalı basketbolçu 9 il müddətinə həbs edilib
  04 Avqust 2022    Oxunub:1057
ABŞ-dan olan qadın basketbolçu Brittni Qrayner Rusiyada həbs olunub.
32 yaşlı oyunçu Ximki məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qaçaqmalçılıqda və narkotik saxlamaqda təqsirli bilinən idmançı həmçinin 1 milyon Rusiya rublu məbləğində cərimələnib.

Qeyd edək ki, Brittni Qrayner bu ilin fevralında Şeremetyevo hava limanında saxlanılıb.


Teqlər:





Xəbər lenti