İraqda xüsusi əməliyyat zamanı İŞİD terrorçuları yaxalanıb

İraqda xüsusi əməliyyat zamanı İŞİD terrorçuları yaxalanıb
  04 Avqust 2022    Oxunub:1136
İraqın təhlükəsizlik qüvvələrinin Kərkük əyalətinin cənubunda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatı zamanı 4 silahlı saxlanılıb.

AzVision.az "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat Havicə çölündə həyata keçirilib,

Qeyd edək ki, İŞİD 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir qismini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

Keçmiş baş nazir Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD üzərində qələbəni elan edib.

İraqın İŞİD-dən təmizlənməsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, kənd yerlərində təşkilatın hücumları davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti