Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi

   Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi
  05 Avqust 2022    Oxunub:372
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyən açıqlama yayıb.
AzVision.az xəbər verir ki, açıqlamada deyilir: "Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib.

Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır".

AzVision.az

Teqlər:







Xəbər lenti