"Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şüphəsiz ki, bu hücum cəzasız qalmayacaq. Bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşıb, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıram. Axına qoşulun, əziz qardaşlarım.
"Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim”.
Qeyd edək ki, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan Oyan Nəzəriani 2019-cu ildə çimərlik güləşi üzrə dünya çempionu titulunu qazanıb.
AzVision.az