300 minə yaxın ukraynalı işsiz qalıb

300 minə yaxın ukraynalı işsiz qalıb
  05 Avqust 2022    Oxunub:361
Ukraynada bu günə olan məlumata görə 293 min işsiz rəsmi qeydiyyatdadır. Bu da fevralın 24-nə olan göstəricidən 7% azdır.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Məşğulluq Mərkəzinin direktoru Yuliya Jovtyak məlumat verib.

- Bu rəqəmləri ötən illə müqayisə etsək, bu gün işsizlərin sayı ötən il qeydə alınandan 8% azdır. Fevralın 24-ü ilə müqayisə edəndə isə, bu, 7% azdır, - Kiyev rəsmisi deyib.

Onun sözlərinə görə, 244 min ukraynalı işsizlik yardımı alır.

- Yardımın minimum məbləği 1000-1800 qrivnadır. Orta işsizlik müavinəti 4600 qrivnadır. Maksimum yardım 9750 qrivnadır. Məbləğ fərdi olaraq hesablanır, - Jovtyak qeyd edib.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti